Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...(VİDEO)

Azərbaycanda xəstəxananın işığı kəsildi - Dializ xəstələri, küvezdə körpə var...(VİDEO)

"Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi borca görə kəsilib".
 
İçərisində onlarla ağır xəstəsi olan Ağsu Mərkəzi Rayon Xəstəxanasının işığı kəsilib. Buna səbəb xəstəxananın işığa olan borcudur. Bəs görəsən buradakı xəstələrdən hansısa sırf bu problemə görə həyatını itirsə, məsuliyyəti kim daşıyacaq? “XəzərXəbər” məsələni araşdırıb.
 
İçərisində 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr və hətta küvezdə yeni doğulan körpə olmasına baxmayaraq xəstəxanın işığı kəsilib. Ağsuda baş verən bu hadisəyə səbəb isə Mərkəzi Xəstəxananın elektrik enerjisinə olan borcunu ödəməməsi olub.
 
Hadisə xəstəxana rəhbərliyi, xəstələr, eləcə də xəstə yaxınları tərəfindən birmənalı qaşrılanmayıb.
 
Hazırda işığa olan tələbatını generatorla ödəməyə çalışan Xəstəxana bu yolla çətinliyi aradan qaldırmağa çalışır.
 
İki gündür ki xəstəxana işığa olan təlabatını generator vasitəsi ilə ödəyir. Generator da olmasa xəstəxananın fəaliyyəti tamam dayanar.
 
Generatorun işığının ani sönməsi isə reanimasiyada olan xəstələrin həyatını sual altında qoyur.
 
Azərişığın Ağsu rayon şöbəsinin rəisi Gülxan Zülfüqarov isə bildirir ki, xəstəxana 7 aydır ki ödəniş etmir və hazırda borcun miqdarı 28 min manatdır. borc ödənmiyənədək xəstaxanaya elektrik enerjisinin verilməsi bərpa edilməyəcək.   Maraqlıdır görəsən iki dövlət qurumu arasındakı anlaşmazlıq hansısa xəstənin ölümünə və ya daha ağır xəstəliyə düçar olmasına səbəb olarsa bunun məsuliyyətini kim daşıyacaq? Vəkil Xəyal Bəşirovun sözlərinə görə burda ilk məsuliyyəti elə xəstəxanının özü daşıyır.
 
Ancaq Xəyal Bəşirovun sözlərinə görə bu o demək deyil ki, burda Azərişiq hansısa məsuliyyət daşımayacaq. Belə ki, energetika haqqında qanunda göstərilir ki, elektrik təchizatı borca görə o vaxt kəsilə bilər ki, başqa istehlakçıların hüquqlarını pozmasın. Burda isə nəinki istehlakçının hüququnun pozulması, hətta insanların həyatı müzakirə mövzusudur.

 

Google+ WhatsApp ok.ru