Azərbaycan neftinin bahalaşması davam edir

Azərbaycan neftinin bahalaşması davam edir

Dünya birjalarında neft ucuzlaşır.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar azalaraq 45,43 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,47 dollar olub.
 
Neftin ucuzlaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının artması səbəb olub.
 
 
Azərbaycan neftinin isə bahalaşması davam edir.
 
"AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,75 dollar və ya 1,60% artaraq 47,70 dollar təşkil edib. (apa) /

 

Google+ WhatsApp ok.ru