Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb

Azərbaycanda üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb

Onların iş saatı həftədə 36 saat olacaq
 
Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərin iş saatı azaldılıb.
 
“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
 
Dəyişiklik layihəsinə əsasən, dövlət qulluğunda olan 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş saatının həftədə 36 saat müəyyən edilməsi nəzərdə tutulub.
 
Layihə səsverməyə çıxarılaraq qəbul edilib. (report) /

Google+ WhatsApp ok.ru