Azərbaycan neftinin qiyməti 56 dollara çatıb

Azərbaycan neftinin qiyməti 56 dollara çatıb

Azeri LT CIF markalı neftin qiyməti 1,65% artıb
 
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,91 dollar və yaxud 1,65% artıb.
 
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 55,95 dollara bərabər olub.
 
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (report) /

Google+ WhatsApp ok.ru