Azərbaycanda yenidoğulanların hər yüz nəfərindən ikisində irsi xəstəliklər aşkar olunur

Azərbaycanda yenidoğulanların hər yüz nəfərindən ikisində irsi xəstəliklər aşkar olunur

Diridoğulanların 0,6 faizində xromosom xəstəlikləri aşkar olunur
 
"Azərbaycanda yenidoğulanların təxminən 2 faizində, yəni hər yüz nəfərindən ikisində irsi xəstəliklər aşkar olunur".
 
Bunu jurnalistlərə açıqlamasında respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
 
Onun sözlərinə görə, diridoğulanların 0,6 faizində xromosom xəstəlikləri aşkar olunur: "Ölü doğulan (5,6 faizdən 11 faizədək) və düşük nəticəsində (50-70 faizhalda) olanlarda isə bunun faizi daha çox olur. Bu xəstəliklərin irsi mənbəyi xromosomlar (Edvard, Daun sindromu) və genlərlə bağlı ola bilər. Bunu erkən dövrdə aşkar etdikdə bəzən perinatal dövrdə hamiləliyin pozulmasına zəmin yarada bilir".
 
N.Quliyev qeyd edib ki, yenidoğulanlarda aşkar olunan irsi xəstəliklərin sayı çoxdur: "Ümumiyyətlə, insan orqanizmində irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinmədiyi sistem yoxdur. İrsi xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. Bu xəstəliyin daşıyıcıları insan orqanizmində olan 3 trilyon somatik hüceyrənin hamısında var. Ona görə də bu xəstəliyin birdəfəlik sağalması mürəkkəb məsələdir. Hər bir xəstəliyin yaşama müddəti var". (report) /

Google+ WhatsApp ok.ru