Azərbaycanda hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq 09 Dekabr 2016 02:00 İqtisadiyyat “Bank Silk Way” ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminalları quraşdıracaq. Bankdan verilən məlumata görə, artıq I terminal bankın baş ofisində quraşdırılıb və istifadəyə verilib. “Növbəti terminallar H.Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək”, - deyə məlumatda qeyd edilir. Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri manat, dollar və avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə biləcəklər. Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri: - Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi; - Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması. Terminal vasitəsilə valyuta dəyişməsi “Bank Silk Way”in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur. (apa) / Teqlər : # Azərbaycanda hava limanlarında avtomatik valyuta dəyişmə terminalı quraşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qızıl 3 dollardan çox ucuzlaşıb Gələn il üçün on şok proqnoz – SİYAHI