Azərbaycan yığmasının çıxış etdiyi klub bu gün `Beşiktaş`la qarşılaşacaq

Azərbaycan yığmasının çıxış etdiyi klub bu gün `Beşiktaş`la qarşılaşacaq

Deniz Yılmazın start heyətdə meydana çıxacağı gözlənilir
 
Futbol üzrə Türkiyə Super Liqasında bu gün XIV turun daha 3 oyunu keçiriləcək. "Report"un məlumatına görə, mərkəzi görüş "Beşiktaş"la "Bursaspor" arasında olacaq.
 
Qonaq komandada Azərbaycan millisinin hücumçusu Deniz Yılmazın start heyətdə meydana çıxacağı gözlənilir. Yılmaz ötən tur "Çaykur Rizespor"u 2:1 hesabı ilə yendikləri qarşılaşmada "dubl" edib. 13 turdan sonra "Beşiktaş" 29 xalla 2-ci, "Bursaspor" 24 xalla 5-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, turun açılış oyununda "Trabzonspor" evdə "Adanaspor"u darmadağın edib - 4:1. Meydan sahiblərinin baş məşqçisi Ersun Yanal Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin adını "18-liy"ə belə salmayıb. /

Google+ WhatsApp ok.ru