Azərbaycanda daimi yaşamaq istəyən əcnəbilər müsahibə verəcək

Azərbaycanda daimi yaşamaq istəyən əcnəbilər müsahibə verəcək

Bu həftə 83 nəfər müsahibəyə cəlb olunacaq
 
Bu həftə ərzində Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən 83 nəfər əcnəbi Dövlət Miqrasiya Xidmətində (DMX) müsahibə verəcək.
 
DMX-dən "Report"a verilən məlumata görə, müsahibə 3 gün davam edəcək.  
 
Bildirilib ki, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliklərinin yoxlanılması məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün dekabrın 13, 14 və 15-də DMX-də müsahibə təşkil olunacaq. /

Google+ WhatsApp ok.ru