Azərbaycanda yeni doğulan körpələrin 53,3 faizi oğlan uşağıdır

Azərbaycanda yeni doğulan körpələrin 53,3 faizi oğlan uşağıdır

Bu il Azərbaycanda 133,3 min körpə doğulub.
 
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
 
Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə 133,3 min, yaxud hər gün orta hesabla 437 körpə doğulub. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir.
 
Körpələrin 2306-sı əkiz, 57-si isə üçəmdir. /

Google+ WhatsApp ok.ru