Azərbaycanda güclü zəlzələlərin sayı azalıb

Azərbaycanda güclü zəlzələlərin sayı azalıb

Ötən ilə nisbətən bu il Azərbaycanda güclü zəlzələlərin sayı az olub.
 
Maide.Az xəbər verir ki, bunu Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.
 
Onun sözlərinə görə, 2016-cı ilin hazırkı dövrünədək Azərbaycan və ona bitişik ərazilərdə baş verən uzaq zəlzələlərin (1178) sayı ümumilikdə 9044 olub.
 
Mərkəz direktoru qeyd edib ki, bu il yalnız Azərbaycanın daxilində 4365 yeraltı təkan qeydə alınıb.
 
Q.Yetirmişli əlavə edib ki, bu il Azərbaycan və onunla sərhəd ərazilərdə 18 hiss olunan zəlzələ olub. Onların 12-i Azərbaycanda hiss edilib.
 
Q.Yetirmişli qeyd edib ki, ötən il Azərbaycanda 4644 yeraltı təkan qeydə alınıb. Ötən il ən güclü zəlzələlər Şabran (5 bal) və Oğuzda (7 bal) olub. Bu il isə ən güclü zəlzələ avqustun 1-də saat 04.46 dəqiqədə İmişlidə qeydə alınıb. Bu zəlzələ episentrdə 5 bal gücündə, ətraf rayonlarda 5-3 baladək hiss edilib.
 

Google+ WhatsApp ok.ru