Azərbaycan: 2016-cı ilin vacib iqtisadi hadisələri

Azərbaycan: 2016-cı ilin vacib iqtisadi hadisələri

Ötən 2016-cı il son 15 ilin ən problemli ili oldu. İlk dəfə staqflyasiya əlamətləri təzahür etdi: iqtisadiyyatda ciddi geriləmə (11 ayda -3,9%) artan inflyasiya ilə (12,1%) müşayiət olundu. Bu, daha çox 2015-ci ildəki passiv iqtisadi siyasətin nəticəsi idi, hökumət həttta iki devalvasiyadan sonra dünyada neftin bahalanacağını güman edirdi. Amma 2016-cı ilin yanvarında qiymətlər 30 dollardan aşağı düşdü və məlum oldu ki, siyasət dəyişilməlidir. 
Martda prezident elan etdi ki, Azərbaycan iqtisadi inkişafın yeni qeyri-neft modelinə keçir.
 
2016-cı ildə iqtisadiyyatın bir çox göstəriciləri pisləşdi, hərçənd sanki il boyu onun inkişafı üçün gömrükdə və vergi qurumunda islahatlardan güzəştli iş rejimi yolu ilə investorlara ciddi dəstəyə, ölkədən ixracata dəstək proqramına kimi ciddi institusional zəmin yaradılmışdı. Ciddi irəliləyiş olmadı, çünki makroiqtisadi mühit çox dəyişkən idi. Manat ucuzlaşmaqda davam etdi, inflyasiyanın qarşısını almaq mümkün olmadı, kreditləşmə dondu, iqtisadi artım mənbələrinin konturlarını belə cızmaq mümkün olmadı. İqtisadiyyatın investisiya imkanları kəskin daraldı  (11 ayda investisiyalar 28% azalıb).
 
Yeni reallıq qarşısında hökumət sahələrdə artım yerləri aradı və sənaye parkları, sənaye və aqrar məhəllələr yaradılmasını sürətləndirməyə cəhd etdi. İl boyu Sumqayıt Kimya-Sənaye Parkının rezidentlərinin sayı artdı. Prezident öz fondundan Pirallahı Sənaye-Texnologiya Parkının yaradılmasının sürətləndirilməsi üçün 4 mln manat ayırdı. Amma bu müəssisələrin çoxu 2018-ci ildə məhsul verəcək. Tikinti sektorunu sürətləndirmək üçün apreldə Mənzil Tikintisi üzrə Dövlət Agentliyi yaradıldı.
 
Hökumət xarici valyuta ilə mənfəət mənbələrini tranzit gəlirləri, turizm, aqrar sektor hesabına genişləndirməyə cəhd elədi. Ölkədən tranzit layihələrinə maraq artdı. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin I yarısında istismara veriləcək, paralel olaraq hökumət “Şimal-Cənub” layihəsi üzərində işləyir. Hökumət yük tarifləri üzrə xüsusi komissiya yaratdı və ilin sonu üçün “Şərq-Qərb”, “Şimal-Cənub”, “Cənub-Qərb” dəhlizləri üzrə ilkin sənəd zərfləri hazırdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, xüsusi azad ticarət zonası yaradılır.
 
Yeganə davamlı işləyən sektor neft sektorudur və bu, əsasən şaxələndirmə ilə bağlıdır. SOCAR hasilatı 2015-ci ilin səviyyəsində saxlaya bildi, «Cənub Qaz Dəhlizi» ölkədən kənarda bir sıra layihələri inkişaf etdirdi. Energetika sektorunda hadisələrdən        SOCAR-la «TOTAL» arasında “Abşeron” qaz yatağının işlənməsi prinsipi üzrə sazişi göstərmək olar. SOCAR-la TOTAL Ivory Coast LNG konsorsiumunda iştirakçı oldu və 26% pay əldə etdi. Nadir uğursuzluq kimi DESFA-da 66% pay alınması barədə sazişin ləğvini göstərmək olar. İlin sonunda TANAP və ТАР layihələrinə maliyyə dəstəyi üzrə məsələlər qismən həllini tapdı. Dekabrda SOCAR və ВР 2050-ci ilə kimi “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi barədə saziş imzalayaraq, AÇG-yə yeni investisiyalar üçün yol açdılar.
 
İqtisadiyyatda ən böhranlı sahə maliyyə sistemi olub. O, özünün əsas funksiyası – iqtisadiyyat üçün maliyyə vasitəçisi və real sektorun kreditoru funksiyasını xeyli dərəcədə itirib. İqtisadiyyatda pul təklifi il boyu azalıb.  
 
Bank sektorunda təxirə salınan islahatlar, 2015-ci ildəki iki devalvasiya bank sektorunda böhran yaradıb. İl ərzində 10 bank bağlanıb, onların arasında beş sistemyaradıcı bankdan biri olan «Bank Standart» da var. Dekabrın 23-ü üçün Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 721 mln 57 min manat kompensasiya verib. 10-a yaxın bank isə növbədədir.
 
İlin əvvəlindən manatın üzən məzənnəsi elan edilib. Manatın daim azalan məzənnəsi hökuməti valyuta hərəkətinə nəzarət tədbirlərinə məcbur etdi. Keçən il bütün küçə valyuta mübadiləsi məntəqələri bağlandı, bankların valyuta satışına məhdudiyyət qoyuldu. Dolların məzənnəsi 2016-cı ilin 5 yanvarındakı 1,5610 manatdan 23 dekabrda 1,7622 manata yüksəldi. Marta qədər AMB məzənnənin sabitləşməsinə 990 mln manat xərclədi, sonra iri intervensiyadan imtina etdi. Neft Fondunun valyuta hərraclarında aktiv iştirakı manatı kəskin ucuzlaşmadan qorudu. Fond 9 ayda bazara 4 mlrd dollar çıxardı. Bazarda dollar qıtlığının əsas səbəbi əvvəlkilərdir – ölkədən kapital axını, idxal xərcləri, artan xarici borclar. Bütün bunlar tədiyə balansının artan kəsiri fonunda baş verirdi  
 
Maliyyə bazarının tənzimlənməsindəki çətinliyi anlayan hökumət yanvarda yeni institut – ölkədə ilk publik hüquqi şəxs olan  Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdı. Bir müddət sonra AMB də belə status aldı. İlin tendensiyası bundan ibarət oldu ki, bir çox dövlət institutları yeni hüquqi statusa keçdi.
 
Sentyabrda Mərkəzi Bank uçot dərəcəsini 9,5%-dən 15%-ə artırdı. AMB iqtisadiyyatda pul təklifinin azaldılması siyasətini davam etdirdi. Halbuki onsuz da o, yetərincə azaldmışdı. Banklar dərhal manatları dollara konvertasiya etdi. Maliyyə sektorunda çox şeylər ilk dəfə olurdu. ABB-nin likvidliyinin qorunması üçün ARDNF iki dəfə bu bankda illik 4%-lə depozitlər yerləşdirdi. Bu, fövqəladə hadisə idi, çünki hər zaman Fondun vəsaitlərini daxili bazarda yerləşdirmək çox riskli sayılıb. MBNP SOCAR-ın dollar istiqrazlarının ilk emissiyasını qeydiyyata aldı. Məzənnəyə və pul-kredit bazarına nəzarət çərçivəsində yeni alət - AMB-nin depozit hərracları yarandı. Dekabr üçün banklar valyuta satmağı dayandırdı. Eyni zamanda, xarici valyutanın xaricə köçürülməsi proseduru sərtləşdirildi. Valyuta bazarını «sakitləşdirmək» mümkün olmayıb, amma AMB rəhbəri Maliyyə Sabitliyi Şurasının adından bəyan etdi ki, iqtisadiyyat tamamilə manatın üzən məzənnəsinə keçir.
 
Bu il gömrükdə inhisarçılıq real olaraq dağıdılıb. Prezident Cinayət Məcəlləsinə rəqiblərə qarşı cinayətkar sövdələşməyə görə cinayət məsuliyyəti nəzərdə tutan düzəlişlər etmək təşəbbüsü edib. Amma bu münasibətləri tənzimləyən «Rəqabət Məcəlləsi» hələ də qəbul edilməyib.
 
Əhalinin sosial vəziyyəti kəskin pisləşib. Ölkədə orta maaş 303 dollardır. Azərbaycan bu göstərici üzrə Gürcüstan və Ermənistandan geridə qalır. Əhalinin gəlirləri artıb, amma inflyasiya onları «yeyir». Büdcədə sosial xərclər 2015-ci ilin səviyyəsində qalıb. Kommunal xidmət tarifləri artıb. Elektrik enerjisinin tarifləri il ərzində iki dəfə artırılıb. Noyabrda tətbiq edilən elektrik enerjisi və qaz üçün diferensial tariflər iqtisadçılar arasında kəskin diskissiyalara səbəb oldu. Dekabrda prezidentin tapşırığı ilə elektrik enerjisinin limiti ayda 300 kilovat saata, qazın limiti ildə 1700 kubmetrə artırıldı. İlin 2 rübündə işsizliyin artımını AMB 190 min iş yeri kimi qiymətləndirir.   
 
Dekabrın 16-da parlament böyük gecikmə ilə 2017-ci ilin dövlət büdcəsini 112 «lehinə» və 3 «əleyhinə» olmaqla qəbul etdi. Dövlət büdcəsinin gəlirləri 15 mlrd 955 mln manat (ÜDM-in 26%-i) nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri 16 mlrd 600 mln manat  (27% от ВВП) proqnozlaşdırılır. Büdcənin gəlirləri 2016-cı illə müqayisədə  867  mln manat ( -5,2%), xərcləri  1 mlrd 895 mln manat (- 10,2%) azdır. İnkişaf büdcələri keçmişdə qalıb. Dövlət büdcəsinin xərcləri sonuncu dəfə 2014-ci ildə 1,7% artıb. 2015-17-ci illərdə o, hər il azalır.
 
Dövlət başçısının böhrandan çıxış üzrə yol xəritəsi hazırlamaq tapşırığı hökumətin böhranı etiraf etməsinin əlamətidir. Bu, ölkə iqtisadiyyatının 2025-ci ilə kimi inkişaf yolunu az-çox göstərən ilk sənəddir. Ümumən strateji yol xəritəsi 27 mlrd manat vəsait tələb edir. İqtisadiyyatın bütün 11 sektoru üzrə strateji yol xəritəsi hazırlanıb. Maraqlıdır ki, rəhbərlik strateji yol xəritəsinin həyata keçirilməsinə nəzarəti Nazirlər Kabinetinə yox, Prezident Adminstrasiyasına tapşırıb.
 
Gələn il üçün iqtisadi artım (1%, 61,4 mlrd manatadək) gözlənilir. Amma Azərbaycan  yeni ilə 2016-cı ildə öz həllini tapmayan çoxsaylı problemlərlə daxil olur.(Turan /contact)
 

Google+ WhatsApp ok.ru