Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb - FOTO 11 Yanvar 2017 02:00 Hərb NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Maide.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir. Teqlər : #Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan 14 ildə 1044 hərbçisini itirib Cəbhədə minaatan bölmələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır - FOTO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'