Azərbaycanda  insanlar əsasən hansı xəstəliklərə görə həyatlarını itirir?

Azərbaycanda insanlar əsasən hansı xəstəliklərə görə həyatlarını itirir?

“Əgər 30-50 il əvvəl Azərbaycanda insanların böyük qismi infeksion xəstəliklərdən ölürdüsə, son 25 ildə insanlar qeyri-infeksion xəstəliklərdən ölür. Hazırda Azərbaycanda xəstələnmə və ölüm halları qeyri-infeksion xəstəliklərdən baş verir”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri müavini Nabil Seyidov deyib.
 
O bildirib ki, ölkədə insanlar əsasən ürək-damar, beyin-damar (insult, infarkt) xəstəliklərindən (51%) və onkoloji xəstəliklərdən (11%) həyatlarını itirir: “Proqnozlara görə 2020-ci ilədək ürək-damar və onkoloji xəstəliklərdən ölənlərin 15% artması gözlənilir”.
 
N. Seyidovun sözlərinə görə, Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər əsasən əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür: “Hazırda Azərbaycanda ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklərin (ürək-damar, beyin-damar, onkoloji, tənəffüs orqanlar xəstəlikləri və s.) payına düşür”.
 
İSİM rəsmisi onu da qeyd edib ki, Azərbaycanda süd-vəzi xərçəngindən ölənlərin sayı kəskin azalıb. /

Google+ WhatsApp ok.ru