`Azəriqaz`da bir gecədə 5 regional idarə rəisi işdən qovuldu

`Azəriqaz`da bir gecədə 5 regional idarə rəisi işdən qovuldu

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində axşam idarə rəisi olan şəxslər, səhər özlərini bu vəzifədə görməyiblər. İşlərində səhlənkarlığa yol vərənlər gecə ilə vəzifədən uzaqlaşdırılıblar. Bu barədə FaktXəbər-ə SOCAR-dakı mənbə bildirib.
 
Məlumata görə, son zamanlar qaz istismarından əhalinin etdiyi narazılıqlar, işlərin düzgün planlaşdırılmaması və digər nöqsanlarına görə "Azəriqaz" İstehsalat Birliyin Hüquq Departamentinin rəisi, Bakı şəhər Qaz İstismar İdarəsinin rəisi, Sayğaclaşdırmanın rəisi və Abşeron Qaz İstismar İdarəsinin rəisi də daxil olmaqla 5 regional Qaz İstismar İdarəsinin rəisi işdən qovulub. İşdən çıxarılan idarə rəisləri ümumilikdə 47 rayona nəzarət edirmiş.
 
İş günü olmadığı üçün "Azəriqaz" İstehsalat Birliyindən məlumatı dəqiqləşdirə bilmədik. /

Google+ WhatsApp ok.ru