Azərbaycan-İran sərhədində insident: qaçaqmalçılar aradan çıxıb 27 Mart 2017 01:00 Xəbərlər Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin pozulmasının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alınıb. Maide.Az xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzinin məlumatına görə, martın 19-da saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olub. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. / Teqlər : #Azərbaycanİran sərhədində insident: qaçaqmalçılar aradan çıxıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada vulkan püskürüb - son 2 əsrdə ilk dəfə Ermənilər Şuşanın Gövhər Ağa Məscidində qazıntı işləri aparır