Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılır

Azərbaycandan Qazaxıstana aviareyslərin sayı artırılır

"Air Astana" aviaşirkəti Azərbaycandan Qazaxıstana yerinə yetirilən aviareyslərin sayını həftədə 4 dəfəyədək çatdıracaq.
 
Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi Şemet Daken deyib.
 
"İyunun 4-dən Bakı-Astana və Bakı-Almatı marşrutları üzrə yerinə yetirilən aviareyslərin sayı həftədə 4 dəfəyə çatacaq", - deyə o bildirib.
 
Şirkət rəsmisinin  sözlərinə görə, ötən il "Air Astana" 20-25 min azərbaycanlını Qazaxıstana daşıyıb. (apa) /

Google+ WhatsApp ok.ru