Azərbaycan Ruhanilər Məclisi (ARM) məscidlərlə bağlı bəyanat yayıb

Azərbaycan Ruhanilər Məclisi (ARM) məscidlərlə bağlı bəyanat yayıb

Azərbaycan Ruhanilər Məclisi (ARM) son günlər ölkədə məscidlərin sökülməsinə etiraz olaraq bəyanat yayımlayıb. 

Azərbaycan Ruhanilər Məclisinin (ARM) Maide.Az-a daxil olan bəyanatını təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim.

“Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlara layiq olan, bu (ibadət mərkəzlərinə) yalnız (Allahın) qorxu(su) ilə daxil olmaqdır.  Onların dünyadan bəhrəsi rüsvayçılıq, axirətdə isə (Allahın) böyük əzabıdır.” (“Bəqərə” surəsi, 114-cü ayə.)

“İllər öncə ölkəmizdə başlanmış islamofobiya dalğası hələ də səngimək bilmir. Əziz İslam Peyğəmbərinin (s) canişini, imamət səmasının ilk parlaq ulduzu imam Əlinin (ə) mübarək mövlud günlərinin sevincini yaşayıb bölüşən Azərbaycan dindarlarını son günlərdə ölkədə Allah evlərinin söküntüsünə start verilməsi xəbəri doğrudan da narahat etdi. 

Görəsən insanlara Allah sevgisini, mənəviyyat və paklığı aşılayan, eyni zamanda, islami kimliyimizin göstəricisi olan bu ocaqların sökülməsi hansı güclərin məkrli maraqlarına xidmət edir?

Azərbaycan Ruhanilər Məclisi (ARM) bu kimi cəhdləri müsəlman Azərbaycan xalqının mənəvi dəyərlərinə qarşı yönəlmiş qərəzli addım kimi dəyərləndirir, məscidlərin Allah evləri olduğunu bir daha xatırladır və bu ilahi məkanlara uyğun rəftar tərzi seçməyə dəvət edir”. 

Azərbaycan Ruhanilər Məclisi (ARM)

 

Google+ WhatsApp ok.ru