Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq 12 May 2017 01:00 Ölkə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə komitə sədri Hadı Rəcəbli məlumat verib. O qeyd edib ki, qanun layihəsi uzun müddətdir Prezident Administrasiya ilə birgə hazırlanır və işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. (apa) / Teqlər : #Azərbaycanda işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Saat 17:00-dan sonra bu yollar bağlanır - SİYAHI BƏƏ ilə ABŞ arasında 2 milyardlıq silah alveri