Azərbaycanda ən ucuz yeni avtomobil istehsalı başlayır

Azərbaycanda ən ucuz yeni avtomobil istehsalı başlayır

Azərbaycanda yeni avtomobil istehsalı başlayır. Söhbət “Azevrocar” şirkəti ilə və “İran Khodro” şirkətinin birgə istehsalı olacaq avtomobillərdən gedir. Xəbər verdimiz kimi, Neftçalada Sənaye Məhəlləsində yeni avtomobil zavodu iyun ayından fəaliyyətə başlamalıdır.
 
Zavodun tikintisində yubanma olub
“Azevrocar” şirkətindən fins.az-a verilən məlumata görə, qış sərt keçdiyi üçün zavodun tikintisində bir qədər yubanma olub. Artıq işlər yekunlaşmaq üzrədir. Yeni avtomobil zavodunun avqust ayında açılması planlaşdırılır.
 
Əvvəlcə, “Runna”, “Dena”, “Samand” və “Soren”lər yığılacaq
 
Zavodda əvvəlcə “İran Khodro”markasına aid 4 modelin - “Runna”, “Dena”, “Samand” və “Soren” avtomobilllərinin yığımına başlanılacaq. Ehtiyat hissələrinin bir hissəsinin yerli zavodlarda istehsalı planlaşdırılır. Bunun üçün həmin zavodlara təkliflər veriləcək.
 
Ehtiyat hissələrinin bir hissəsini STP və SOCAR zavodu istehsal edəcək
Zavodların test məhsulları İran şirkəti tərəfindən müsbət rəy alarsa, ehtiyat hissələrinin istehsalı başlayacaq. Avtomobil zavodu ehtiyat hissələrinin istehsalı ilə bağlı Sumqayıt Texnologiyalar Parkı, o cümlədən plastik hissələrin istehsalı üçün SOCAR-ın yeni tikiləcək zavodu ilə əməkdaşlıq etməyi planlaşdırır.
 
Yerli maşın xaricdə də satılacaq
Yığılan avtomobillərin 15-20%-i xaricdə satılacaq. “Azevrocar”dan verilən məlumata görə, xarici bazar olaraq MDB ölkələri və Mərkəzi Asiya ölkələri nəzərdə tutulub.
 
Kefiyyət və qiymətdə rəqiblərini qabaqlayacaq
Qeyd edək ki, bir neçə ildir ki, Naxçıvan Avtomobil Zavodunda Çinin “Lifan” şirkəti ilə birgə “Naz Lifan” avtomobilləri yığılır. Amma avtomobil zavodu alıcı tapmaqda çətinlik çəkir. Satışların böyük hissəsi də demək olar ki, birbaşa dövlət sifarişlərinin payına düşür. Bu baxımdan yeni istehsal ediləcək avtomobillərin necə bazar payı əldə edəcəyi məsələsinə gəlincə, “Azevrocar”dan bildiriblər ki, zavodda yığılacaq maşınlar həm qiymət, həm də kefiyyət baxımından bazarda rəqabətə davamlı olacaq: “Azərbaycan bazarında ən ucuz təzə maşınları biz satacağıq. Yeni modellərin qiymətləri 10-12 min manat aralığında dəyişəcək. Müqayisə üçün hazırda Azərbaycan bazarında bu qiymətə demək olar ki, yeni avtomobil yoxdur”. Yeni yığılacaq avtomobillərin kefiyyətinə gəlincə, şirkətdən bildiriblər ki, marka Avro 5 standartları üzrə kefiyyət sertifikatı alıb. Avtomobillərin kefiyyəti tam yüksək səviyyədə olacaq. /

Google+ WhatsApp ok.ru