Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq

Azərbaycan Premyer Liqasının oyunlarında dopinq-test tətbiq olunacaq

Şəfəq Hüseynli: Yoxlamaların aparılacağı oyunlar gizli saxlanılacaq
 
Bu ildən Azərbaycan Premyer Liqasının oyunlarında futbolçular dopinq-testdən keçəcəklər. Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.
 
Ş.Hüseynlinin sözlərinə görə, proses Milli Antidopinq Proqramı çərçivəsində həyata keçiriləcək. AMADA rəhbəri prosedurun beynəlxalq tələblərə uyğun aparılacağını desə də, dopinq-testlərin götürüləcəyi oyunların gizli saxlanılacağını vurğulayıb. Beynəlxalq oyunlara gəldikdə, o, belə məsələlərlə FİFA və UEFA-nın öz dopinq nəzarətçilərinin məşğul olduğunu əlavə edib.
 
Qeyd edək ki, Premyer Liqada növbəti mövsümə avqustun ortalarında start veriləcək. /

Google+ WhatsApp ok.ru