Azərbaycan Ziyalılar Birliyinin sədri Hacı Mövsüm Səmədovla görüşüb

Azərbaycan Ziyalılar Birliyinin sədri Hacı Mövsüm Səmədovla görüşüb

Azərbaycan Ziyalılar Birliyinin sədri, yazar Eldəniz Quliyev Hacı Mövsüm Səmədovla görüşüb.
 
Eldəniz Quliyev görüş təəssüratlarını bölüşüb.O bildirib ki, Doktor həmişəki kimi öz sağlam əqidəsi və duruşu ilə onu heyrətə gətirib: "Bu gün mən 12 saylı cəzacəkmə müəssisəsində dəyərli Hacı Mövsümlə görüşdüm. Hacı həmişəki kimi öz ləyaqətli duruşu və saf əqidəsi ilə dim-dik dayanıb. Əmin oldum ki, heç bir həbsxana, heç bir əzab-əziyyət və təzyiqlər onun imanını sarsıda bilməz və ən başlıcası tutduğu haqq yoluna zərrə qədər kölgə sala bilməz.
 
Çox optimist, yüksək əhval-ruhiyyəli və ümidli idi. Hamıya salam göndərdi. Xalqımızı mübarək Ramazan ayı münasibəti ilə təbrik etdi və Allah-Təaladan hər kəsin oruc-namazını qəbul olunmasını dilədi". (islaminsesi)

Google+ WhatsApp ok.ru