Azərbaycan XİN İranda baş vermiş terror aktlarını pisləyib

Azərbaycan XİN İranda baş vermiş terror aktlarını pisləyib

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir
 
Azərbaycan Xarici İşlər Nazirliyi İranda baş vermiş terror aktlarını pisləyib. 
 
Nazirlikdən verilən bəyanatda İran İslam Respublikasında törədilmiş qanlı terror aktları qəti şəkildə qınanılır: "Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik". 
 
"Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir", - sənəddə qeyd olunub. (report) /

Google+ WhatsApp ok.ru