Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirəcək 19 İyun 2017 01:00 Qarabağ xəbərləri Bu gün döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. Təlimlər iyunun 24-dək davam edəcək. Teqlər : #Azərbaycan Ordusu genişmiqyaslı əməliyyattaktiki təlimləri keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyi bəyanat yayıb Düşmən atəşkəs rejimini 124 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni