Azərbaycandakı ölümlərin əsas səbəbi

Azərbaycandakı ölümlərin əsas səbəbi

"Exo" qəzetində "Azərbaycanda ürək-damar xəstəlikləri problemi" sərlövhəli yazı oxumaq olar.
 
Tibb məsələləri üzrə ekspert Nabil Seyidov mövzunu qəzetə belə dəyərləndirib:
"Ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult bu gün də Azərbaycanda ölümlərin əsas səbəbi kimi qalmaqdadır. Bütünlükdə isə inkişaf etməkdə olan ölkələrdə qeyri-infeksiya xəstəlikləri sahəsində ürək-damar xəstəliklərinin payı böyükdür".
 
N.Seyidov hesab edir ki, qeyri-infeksiya xəstəlikləri ilə vaxtında mübarizə son dərəcə vacibdir. Erkən mərhələdə bu xəstəlikləri müalicə etmək daha asandır:
"Bu xəstəliklərin çoxu risk amili ilə bağlıdır. Ona görə onların qarşısını almaq olar. Bu risk amilləri sırasına isə siqaret çəkmək, spirtli içkilərdən istifadə, fiziki fəallığın azlığı, düzgün qidalanma aiddir. Odur ki, təkcə bu amilləri nəzərə almaqla bu xəstəlik və qeyri-infeksiya nəticəsindəki ölümlərin sayını kəskin şəkildə azaltmaq olar".
 
N.Seyidov deyib ki, görülən əks tədbirlər baxımından Bakda vəziyyəti yaxşı saymaq olar. Amma rayonlarda bu sahədə durum yaxşı deyil. Vətəndaşlar həkim müayinəsinə çox gec müraciət edirlər. Bu da müalicəni çətinləşdirir:
"Nəticədə dövlətin üzərinə belə insanlara əlilliyə görə pensiya verilməsi kimi böyük yük qoyulur".
 
Yazıda rəsmi statistikaya əsasən bildirilir ki, Azərbaycanda ölümün səbəblərindən 63.2 faizi qeyri-infeksiya xəstəliklərinin payına düşür. /

Google+ WhatsApp ok.ru