Azərbaycanda 30 minə yaxın qeydiyyatda olan narkoman var - RƏSMİ

Azərbaycanda 30 minə yaxın qeydiyyatda olan narkoman var - RƏSMİ

Ötən ilin sonuna kimi Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29 448 nəfər təşkil edib.
 
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov bildirib ki, opioidlərin qəbulu nəticəsində 20 576 nəfər, kannobioidlərin qəbulu nəticəsində 8872 nəfər qeydiyyatda olub.
 
Onun sözlərinə görə, dispanser qeydiyyatında 24 056 nəfər, profilaktik qeydiyyatda isə 5 392 nəfər var: “Qeydiyyatda olan narkomanların arasında qadınların ümumi sayı 612 nəfər təşkil edir. Toksikomanların ümumi sayı isə 183 nəfərdir. 2016-cı il ərzində 2 142 nəfər narkoman qeydiyyata götürülüb. Onlardan dispanser qeydiyyatında olanlar 1 567 nəfər, profilaktik qeydiyyatda olanlar 575 nəfərdir. Ötən il ərzində qeydiyyatdan çıxarılanların ümumi sayı 1 249 nəfər olub ki, onlardan da 691-i dispanser, 558-i profilaktik qeydiyyata alınanlardır. İnyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər təşkil edir. Onlardan 459 nəfəri qadındır”.
 
B.Əsədov qeyd edib ki, bütün dünyada narkomaniyaya düçar olanların sayı get-gedə artır. Onun sözlərinə görə, Azərbaycanda bu problemin qarşısının alınması istiqamətində mühüm işlər görülür. /

Google+ WhatsApp ok.ru