Azərbaycanı tərk edən pullar....

Azərbaycanı tərk edən pullar....

"Exo" qəzetində "Azərbaycandan 10 milyard dollardan çox xarici investisiya "axıb"" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, hazırda Azərbaycandan ötrü xarici investisiya olduqca əhəmiyyətlidir. Bu, yerli iqtisadiyyatın sabit inkişafı və dayanıqlı iqtisadi artımdan ötrü zəruridir:
 
Amma ekspert Nəriman Ağayev durumu heç də ürəkaçan saymır:
 
"Hazırda postsovet ərazisinin əksəriyyətində iqtisadi böhranın tüğyan etməsi üzündən xarici kapital bu ölkələrdən gedir. Azərbaycandan da xarici kapital axını baş verir və bu, manatın birinci devalvasiyasından dərhal sonra baş verib. O zaman bir çox investorlar öz ofislərini Gürcüstana köçürdü".
 
Ekspert deyib ki, Azərbaycan iqtisadiyyatı ildə 10-20 milyard dollar arasında sərmayə qəbul etməyə hazırdır. Amma ölkəyə belə sərmayə axını yoxdur.
 
Ekspert Seyfəl Əliyev də deyib ki, iqtisadiyyatda son iki ildə böhran yaşanması üzündən bir çox xarici investorlar ölkəni tərk edib:
 
"İstehsalın enməsi sərmayəçilərin ovqatına təsir edən əsas amillərdir. Cari ilə gəlincə, xarici sərmayə axını azala bilər. Amma hələlik ölkəyə xarici kapital cəlb etmək baxımından öyünəcək bir hal yoxdur".
 
Başqa bir ekspert Samir Əliyev də deyib ki, Azərbaycan iqtisadiyyatı ölkədən xarici kapital axınını kifayət qədər hiss edib:
"Birinci, neft pullarının həcminin azalması ilə Azərbaycanda biznes dövriyyəsi kəskin şəkildə azalıb. İkinci isə, bu durumun nəticəsi kimi vergi yığılması ilə bağlı problem yaranıb. Bundan irəli gələrək Azərbaycanda çalışan şirkətlərə təzyiqlər başlayıb və onların da çoxu ölkədən getməyə qərar verib".
 
Ekspert deyib ki, son iki ildə Azərbaycandan 10 milyard dollar xarici investisiya çıxarılıb.
 
İqtisadçı vurğulayıb ki, hətta bəzi yerli şirkətlər də təzyiqlərə dözməyərək, Gürcüstan, Ukrayna və Qazaxıstana gedirlər. /

Google+ WhatsApp ok.ru