Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri Bakı bəyannaməsini imzalayıbla 19 İyul 2017 01:00 Siyasət Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunu üzrə bəyannamə imzalanıb. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib. Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional layihələrin icrası məsələləri müzakirə olunub. Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri 2017-2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib. Nazir səmərəli və maraqlı danışıqların aparıldığını qeyd edib: "Üç ölkə bir çox regional layihələr həyata keçirir və biz bu layihələrin icrasının gedişini müzakirə etdik". Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında IV üçtərəfli görüş keçirilib. (trend) / Teqlər : # Azərbaycan,#Türkiyə və Türkmənistan XİN rəhbərləri Bakı bəyannaməsini imzalayıbla, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb Bəhram Qasimi: “Trampın hədələrinin İran rəsmilərinə təsiri yoxdur”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video