Azərbaycanda valyuta dəyişmək daha asan oldu - Yeni terminallar quraşdırıldı

Azərbaycanda valyuta dəyişmək daha asan oldu - Yeni terminallar quraşdırıldı

Bakıda yeni "e-GovPay" ödəmə terminalları quraşdırılıb. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.
 
Bu ödəmə terminallarında maraqlı cəhət avtomatik şəkildə valyuta dəyişmə funksiyasının mövcud olmasıdır. Mənbənin sözlərinə görə, bu cür terminallar hazırda paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarında "Azərpoçt"un yaratdığı "Şəbəkə"nin nəzdində fəaliyyət göstərir.
 
Mənbə bildirib ki, "e-GovPay" terminalları vasitəsilə həmçinin kommunal xidmətləri, internet ödənişləri və s. həyata keçirmək mümkündür. /

Google+ WhatsApp ok.ru