Azərbaycan çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib - SİYAHI

Azərbaycan çempionatının ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib - SİYAHI

Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb
 
Peşəkar Futbol Liqası avqustun 11-də start götürəcək 26-cı Azərbaycan çempionatı ərəfəsində yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib.
 
Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb.
 
İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.
 
Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir.
 
Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib. (report) /
 
 
yer Futbolçu qol
1. Nazim Əliyev 183
2. Müşfiq Hüseynov 125
3. Rövşən Əhmədov 116
4-5. Qurban Qurbanov 115
  Samir Ələkbərov 115
6. Alay Bəhramov 108
7. Nadir Nəbiyev 103
8-9. Xaqani Məmmədov 102
  Vadim Vasilyev 102
10. Kənan Kərimov 101
11. Musa Qurbanov 94
12. Fazil Pərvərov 89
13. Samir Musayev 88
14-15. Fərrux İsmayılov 85
  İmamyar Süleymanov 85
16. Samir Əliyev 84
17. İsmayıl Məmmədov 76
18. İlham Məmmədov 74
19. Azər İsayev 73
20. Paşa Əliyev 72
21. Badri Kvaratsxeliya 71
22. Zaur Ramazanov 70
23. Yunis Hüseynov 66
24-25. Vidadi Rzayev 65
  Mahir Əliyev 65
26-28. Mahmud Qurbanov 61
  Ramiz Məmmədov 61
  Georgi Adamiya 61
29. Rəşad Abdullayev 58
30. Həsən Abdullayev 51
31-34. Vaqif Cavadov 50
  Vüqar Qəmbərov 50
  Mehman Baxışov 50
  Yalçın Bağırov 50
 

 

Google+ WhatsApp ok.ru