Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb 10 Avqust 2017 01:00 İqtisadiyyat Birinci yarımildə ölkə daxilində nağdsız ödənişlərin həcmi illik müqayisədə isə 42% artıb Azərbaycanda cari ilin yanvar-iyun ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 508 mln. manat həcmində əməliyyatlar həyata keçirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 150 mln. manat və ya 42% artıb. Əməliyyatların 371 mln. manatı POS-terminallar, 137 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 156 mln. manat və ya 73% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 6 mln. manat və ya 4% azalma qeydə alınıb. Hesabata əsasən, cari ilin iyun ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 5 mln. manat və ya 8% azalaraq 58 mln. manat, ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməyərək 26 mln. manat təşkil edib. (report) / Teqlər : #Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avro sürətlə ucuzlaşa bilər – Səbəb Beynəlxalq Bankın vəziyyəti pisdir