Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Bakıda görüşü gözlənilir

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin Bakıda görüşü gözlənilir

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Bakıda bir araya gələ bilərlər.
 
«Turan» agentliyi xəbər verir ki, nazirlərin növbəti görüşünün sentyabrın 7-də baş tutacağı gözlənilir.
 
Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşə qatılmaq məqsədilə sentyabrın 6-da Bakıya gəlməlidirlər.
 
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri son zamanlarda mütəmadi xarakter alıb. Görüşlərdə adətən regional və qlobal məsələlər müzakirə edilir.
 
Bu ilin fevralında Gürcüstanın xarici işlər naziri M.Janelidze Azərbaycana səfər etmişdi. Həmin səfər zamanı nazir üçtərəfli müzakirələrin bu il Bakıda keçiriləcəyini açıqlamışdı.
 

Google+ WhatsApp ok.ru