Azərbaycan İslam Partiyası Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyası Azərbaycan xalqını təbrik etdi

Azərbaycan İslam Partiyasının mətbuat xidmətindən Maide.Az-a verilən məlum ata görə, AİP müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını, dünya müsəlmanlarını təbrik etdi.
 
Təbrikdə deyilir: 
 
“Əziz həmvətənlərimiz, müsəlman qardaş və bacılar, Sizləri Həzrət İbrahim Peyğəmbərdən yadigar qalan müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.  Bu bayram insanlığın, onun Allaha bəndəçiliyinin  ən uca məqamını, fəlsəfi mahiyyətini, Allah- Təalanın insana rəhməti və sevgisini göstərən əzəmət simvoludur ki, insanlıq durduqca duracaq. Qurban bayramı cəmiyyətin bütövlüyünü, onun təbəqələri arasında olan insani münasibətləri tənzimləmək üçün mənəvi  göstərici ləri və tələb olunan ictimai dəylərləri bizlərə təlqin edir, bəşəriyyəti haqqa və ədalətə çağırır, sübut edir ki,  İnsan malik olduğu bütün varlıqlardan və nemətlərdən Allah üçün, Onun əmrini yerinə yetirmək üçün keçən zaman yaradanın qarşısında ucalır, əbədiləşir. 
 
Allah-Təala bu nümunəni Həzrət İbpahim Peyğəmbərin yeganə əziz-xələfi olan İsmailin Allah yolunda qurban kəsməyə hazır olması və İsmailin anası Hacərin güclü imanı və bu üç şəxsiyyətin seçimi timsalında bəşəriyyətə təqdim etməklə insanın həqiqi kamillik yolunu göstərmişdir.
 
Təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bəzən insanlara qarşı yersiz və ciddi haqsızlıqlar törədilir. Həm də bu hal çox zaman hakimiyyət eşalonunun  sadə insanlara, Allah, Vətən, torpaq, din yolunda hər şeydən keçə bilən möminlərə, hətta din alimlərinə, bir çox söz sahiblərinə qarşı münasibətdə baş verir. Dünyada isə müsəlmanlara həqarətlər olunur, onları kütləvi qətliama məruz qoyurlar. Myanmada baş verənlər və bu müsəlman qırğınına biganə qalan xristian ölkələrin, dünyanın demokratik təsisatları, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatların islama, müsəlmanlara zidd baxışlarına rəğmən birləşməliyik, İslam, müsəlman dövlətləri konkret mövqe sərgiləməlidirlər.
 
Biz Allahdan belə haqsızlıqlar törədən qövmlərin, ayrı-ayrı çin sahiblərinin hidayət olunmasını diləyirik. Və bir daha Azərbaycanımızın  müsəlman xalqını, bütün dünya müsəlmanlarını mərhəmət dolu müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Evlərinizə bol ruzi-bərəkət, qəlblərinizə Allah sevgisi, hər kəsə can sağlığı, xoş axirət diləyirik! Amin!
 
Hacı İlham Əliyev
 
Azərbaycan İslam Partiyasının sədr əvəzi
 

Google+ WhatsApp ok.ru