Azərbaycanda benzin yenə bahalaşdı

Azərbaycanda benzin yenə bahalaşdı

“Aİ-98 Super” markalı benzin bahalaşıb

Azərbaycanda “Aİ-98 Super” markalı benzin bahalaşıb.
 
Maide.Az bildirir ki, APA-nın verdiyi məlumata görə, bu benzinin 1 litrinin qiyməti 1,20 manatdan 1,30 manata yüksəlib.
 
Bildirək ki, “Aİ-98 Super” benzini yalnız “SOCAR Petroleum” yanacaqdoldurma məntəqələrində satılır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, yeni tarif bu gün saat 8:00-da qüvvəyə minib.
 
“Bu benzin idxal edilir. Bahalaşmanın səbəbi həmin benzinin alındığı Rumıniyada qiymətinin qalxmasıdır”, - məlumatda bildirilib.

Google+ WhatsApp ok.ru