Azərbaycan və İran Xəzərlə sərnişindaşınmaya dair danışıqlar aparır

Azərbaycan və İran Xəzərlə sərnişindaşınmaya dair danışıqlar aparır

Azərbaycan və İran Xəzərlə sərnişin daşımalarının həyata keçirilməsi üçün danışıqlar aparır.
 
Maide.Az -ın məlumatına görə,  bunu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini Fərhad Quliyev bildirib.
 
Onun sözlərinə görə, İran vətəndaşlarının səyahəti üçün daha ucuz və səmərəli alternativ yollar axtarır.
 
"Gəmiçiliyin sırf sərnişin gəmisi yoxdur. Belə bir gəminin tikintisi üçün maliyyə vəsaiti lazımdır. Gəminin inşaası üçün ən azı 100-150 sərnişin inmütəmadi olması tələb olunur. Hazırda İranla aparılan danışıqlarda bu məsələnin nə dərəcədə səmərəli və sərfəli olacağı dəqiqləşdirilir",- deyə F. Quliyev əlavə edib.
 
O, həmçinin qeyd edib ki, belə bir ideya Volqa çayı boyu da müzakirə edilir: "Lakin burada təhlükəsizlik məsələsi var. Belə ki, çayda gəmi hər zaman sabit olmur". (reprot)

Google+ WhatsApp ok.ru