Azərbaycanda binalarda yanğın zamanı tüstüdən mühafizəyə dair tələblər müəyyənləşib

Azərbaycanda binalarda yanğın zamanı tüstüdən mühafizəyə dair tələblər müəyyənləşib

Azərbaycanda yaşayış, ictimai və inzibati-məişət, o cümlədən istehsalat binalarında  yanğın zamanı tüstü əleyhinə mühafizəyə dair tələblər müəyyənləşib.
 
Bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qəbul etdiyi və bu aydan qüvvəyə minən “İsitmə, ventilyasiya və havanın kondisiyalaşdırılması. Layihələndirmə normaları”nda əksini tapıb.
 
Normaya əsasən otaqlardan birində baş vermiş yanğının başlanğıc mərhələsində binanın otaqlarından adamların təxliyəsinin təmin edilməsi üçün, yanğın zamanı tüstünün xaric edilməsi məqsədilə tüstü əleyhinə qəza ventilyasiyası layihələndirilməlidir. Yaşayış, ictimai və inzibati-məişət binalarının dəhlizlərindən və ya hollarından, hündürlüyü 26,5 m-dən yüksək olan istehsalat, ictimai və inzibati-məişət binalarının dəhlizlərindən, xarici qoruyucu konstruksiyalarında təbii işıqlandırma üçün işıqlanma boşluqları olmayan  iki və daha çox mərtəbəsi olan istehsalat binalarının uzunluğu 15 m-dən çox olan dəhlizlərindən, daimi iş yerlərinə malik, təbii işıqlandırılması olan və ya olmayan binalarda hər bir istehsalat və ya anbar otağından, əgər pəncərələrinin yuxarısında tüstünün xaric edilməsi nəzərdə tutulmalıdır.
 
Adamların kütləvi şəkildə olması üçün nəzərdə tutulmuş hər bir ictimai və ya inzibati-məişət otaqlarından, yanar materialların saxlanılması və istifadə edilməsi üçün sahəsi 55 m2 və daha çox olan daimi iş yerli sahələrdən və  sahəsi 200 m2 və daha çox olan qarderob otaqlarından da tüstünün xaric edilməsi nəzərdə tutulmalıdır. Dəhlizlər və hollardan tüstünün xaric edilməsi mexaniki olmaqla, ayrıca sistemlərlə layihələndirilməlidir. Tüstü qəbuledici qurğular dəhlizin və ya holun tavanının altında tüstü şaxtalarında yerləşdirilməlidir. Bir tüstü qəbuledici qurğusunun xidmət etdiyi dəhlizin uzunluğu 30 m-dən çox olmayaraq qəbul edilir. Dəhlizin və ya holun sorucu sisteminə bir mərtəbədə ikidən artıq olmayaraq tüstü qəbuledicisinin birləşdirilməsinə yol verilir. Birmərtəbəli binaların otaqlarından tüstünün bilavasitə xaric edilməsi təbii sorucu ventilyasiya sistemi vasitəsilə tüstü klapanları olan tüstü şaxtalarından və ya açılan üfürülməyən fənərlərdən nəzərdə tutulmalıdır. İki və daha çox mərtəbəsi olan binalarda mexaniki olmaqla sorucu qurğular nəzərdə tutulmalıdır, hər bir izolyasiya edilmiş otaq üçün təbii ventilyasiya tüstü şaxtalarının nəzərdə tutulmasına yol verilir. Mexaniki sorucu sistemin şaquli kollektoruna hər mərtəbədə dörddən artıq olmayaraq otaqdan və ya tüstü zonasından qollar birləşdirilməlidir.
 
Tüstü əleyhinə mühafizə üçün aşağıdakılar nəzərdə tutulmalıdır:
 
- xidmət etdiyi otağın kateqoriyasına uyğun bir oxda olan elektrik mühərrikli radial ventilyatorların (o cümlədən radial dam ventilyatorların) quraşdırılması, yanğın vaxtı tüstü xaric edildikdə isə yumşaq taxmalarsız. Yanmayan materiallardan olan yumşaq taxmaların istifadəsinə, həmçinin hava ilə soyudulan qayış ötürməli və ya muftalı radial ventilyatorların quraşdırılmasına yol verilir;
 
- tüstü bilavasitə otaqdan xaric edildikdə odadavamlılıq həddi ən azı 0,75 saat, dəhlizlərdən və ya hollardan xaric edildikdə - 0,5 saat, yanğından sonra qazlar xaric edildikdə (bənd 8.13) isə - 0,25 saat olan yanmayan materiallardan hava kəmərləri və şaxtalar;
 
- tüstü dəhlizlərdən, holl və otaqlardan xaric edildikdə – yanğın vaxtı avtomatik açılan, odadavamlılıq həddi 0,5 saat və yanğından sonra qazlar xaric edildikdə odadavamlılıq həddi 0,25 saat olan yanmayan materiallardan tüstü klapanları. Bir otağa xidmət edən sistemlər üçün odadavamlılıq həddi normalaşdırılmayan tüstü klapanların istifadə edilməsinə yol verilir.
 
- Tüstü qəbuledici qurğular otağın sahəsinə, tüstü zonasına və ya tüstü rezervuarlarına görə mümkün qədər bərabər yerləşdirilməlidir. Bir tüstü qəbuledici qurğunun xidmət etdiyi sahə 900 m2-dən çox qəbul edilməməlidir;
 
- ventilyatorun yanında əks klapanların qoyulması.
 
Tüstü əleyhinə mühafizənin sorucu avadanlığının otaqlarında, ilin yay mövsümündə yanğın vaxtı havanın 60°C-dən yuxarı olmayan temperaturu təmin edən ventilyasiya nəzərdə tutulmalıdır. Sorucu sistemlərin ventilyatorlarının damın üstündə və binanın xaricində yerləşdirilməsinə yol verilir. Binanın xaricində qoyulan ventilyatorlar (damda olanlardan başqa) kənar şəxslərin müdaxiləsindən, tordan olan sədlə qorunmalıdır. (apa) /

Google+ WhatsApp ok.ru