Azərbaycanda internetdə problemlər yaranıb - Səbəbi açıqlandı -YENİLƏNİB

Azərbaycanda internetdə problemlər yaranıb - Səbəbi açıqlandı -YENİLƏNİB

İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub.
 
Bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən deyilib.
 
Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişlə problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.
 
***
Azərbaycan ərazisində internetə girişlə bağlı yenidən problem yaranıb. Bundan başqa, əlaqə tez-tez kəsilir, rabitə qırılmaları baş verir. Bu hal ümumdünya şəbəkəsində bu gün saat təxminən 14:45-dən müşahidə olunur.
 
Məlumatlı mənbələrdən virtualaz.org-a məlum olub ki, internetlə bağlı problemlər əsas provayder "Delta Telekom"un (Azərbaycanın magistral rabitə operatoru) fəaliyyəti ilə bağlıdır.
 
"Delta Telecom" şirkətindən isə yerli KİV-ə bildiriblər ki, "İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub".
 
Nasazlıqların aradan qaldırmasının güman edilən müddəti barədə heç bir açıqlama verilmir.
 

Google+ WhatsApp ok.ru