Azərbaycanda hər min nəfərdən 6-sı dünyasını dəyişir

Azərbaycanda hər min nəfərdən 6-sı dünyasını dəyişir

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 39004 ölüm halı qeydə alınıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil edib.
 
Respublikada doğulmaların sayına gəlincə, cari ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınıb.
 
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır.
 
Doğulanlardan 1712-si əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 75,2 yaş, o cümlədən oğlanlar üçün 72,8 yaş, qızlar üçün 77,6 yaş ömür uzunluğu gözlənilir.
 

Google+ WhatsApp ok.ru