Azərbaycan-İran avtomobil zavodunda avtobus da istehsal oluna bilər

Azərbaycan-İran avtomobil zavodunda avtobus da istehsal oluna bilər

Azərbaycan-İran birgə avtomobil zavodunda avtobus da istehsal oluna bilər.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
 
Nazir bildirib ki, bu məsələ İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub:
 
"Biz bu məsələ üzrə ilkin danışıqlara başlamışıq. Birinci mərhələdə zavodda avtomobil istehsalı təşkil olunacaq. Gələcəkdə isə birgə avtobus istehsalını istisna etmirik".
 

Google+ WhatsApp ok.ru