Azərbaycan və İran prezidentləri görüşüb - YENİLƏNİB

Azərbaycan və İran prezidentləri görüşüb - YENİLƏNİB

-- Görüşdə Qarabağ münaqişəsi müzakirə edilib

örüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini köklərin mövcudluğunun əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib, son beş ildə dövlət başçıları arasında on görüşün keçirilməsi uğurlu əməkdaşlığımızın səviyyəsinin göstəricisi kimi qiymətləndirilib, siyasi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.
 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlığı böyük potensiala malikdir və bu format çox önəmli sahələrdə əməkdaşlıq üçün yaxşı nəticələr verə bilər.
 
Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, ticarət dövriyyəsinin keçən il 70 faiz, bu ilin 9 ayında isə 33 faiz artması yüksək qiymətləndirilib. Söhbət zamanı qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulanıb.
 
***
 
Bu gün, noyabrın 1-i Tehranda Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhani ilə görüşü olub.
 
Bu barədə AZƏRTAC məlumat yayıb.
 
Görüşün detalları hələlik açıqlanmır. İ.Əliyevin Ali Rəhbər Ayətullah Əli Xameni ilə də görüşəcəyi bildirilir. 
 
Azərbaycan prezidenti İ.Əliyev İrana gedib.
 
Noyabrın 1-də İranın paytaxtı Tehran şəhərində Azərbaycan, İran və Rusiya prezidentlərinin zirvə görüşü keçiriləcək.
 
Üçtərəfli görüşdə bir sıra əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənir.
 
Bundan öncə də belə formatda bir görüş olub. İlk görüş 2016-cı ildə Bakıda keçirilib. O zaman üç ölkənin başçısı Şimal-Cənub nəqliyyat layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.
 

Google+ WhatsApp ok.ru