Azərbaycan terrorçuluğun ən az təsir göstərdiyi ölkələr içindədir

Azərbaycan terrorçuluğun ən az təsir göstərdiyi ölkələr içindədir

-- durumu qonşularından daha yaxşıdır

İqtisadiyyat və Sülh İnstitutu (IEP) 2017-ci il Qlobal Terrorçuluq İndeksini (GTI) açıqlayıb.  
 
Əsas müsbət məqam terror hücumlarından ölüm hallarının 25 min 673 nəfərə enməsidir ki, bu da 2014-cü ildəki pik göstəricinin 22% yaxşılaşması deməkdir.
 
Hesabat 2000-ci ilin əvvəlindən 2016-cı ilin sonunadək olan 17 illik dövrü əhatələyir.
 
Terrorçuluğun episentrləri sayılan Suriya, Pakistan, Əfqanıstan və Nigeriyada da hücumların kəskin azaldığı bildirilir. Bu ölkələr terrorçuluğun ən çox təsir göstərdiyi beş ölkə içindədir.
 
İlk beşlikdə, daha doğrusu, birinci yerdə İraq gəlir.
 
Azərbaycan 130 ölkə içində 95, qonşuları Gürcüstan 77, Ermənistan 75-ci yerdədir.
 
Yəni Azərbaycan terrorçuluğun ən az təsir göstərdiyi ölkələr içindədir və durumu qonşularından daha yaxşıdır.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru