Azərbaycanda benzinin qiyməti bahalaşdı

Azərbaycanda benzinin qiyməti bahalaşdı

-- `Aİ-95` premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib.
 
Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.
 
Maide.Az bildirir ki, "Report"a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.
 
Qeyd olunur ki, "Aİ-95" və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.
 
Məlumatda bildirilir ki,  qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.
 
Həmçinin qeyd olunur ki,  "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzin xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.
 

Google+ WhatsApp ok.ru