Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub

-- 3 ölkə energetika, turizm və nəqliyyat sahəsində...

Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb.
 
"Report" xəbər verir ki, Azərbaycan, Türkiyə və İran XİN başçılarının - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin iştirakı ilə keçirilən görüşünün yekununda Bakı Bəyannaməsi qəbul olunub.
 
"Sənəddə əməkdaşlığımızı necə gördüyümüz əks olunub. Bu, həm energetikadır, həm turizmdir, həm də nəqliyyatdır. Bu istiqamətlərdə əməkdaşlığımızı genişləndirmək istəyirik", - E.Məmmədyarov görüşdən 
 
 
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə olacaq.
 
Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
 
M. Çavuşoğlu əlavə edib ki, Bakıda bu gün keçirilən görüşdə üç ölkənin iş adamlarının bir araya gətirmək barədə də razılığa gəlinib.
 

Google+ WhatsApp ok.ru