Azərbaycanda 6 nəfərdə qarayara aşkarlanıb

Azərbaycanda 6 nəfərdə qarayara aşkarlanıb

-- il ərzində əhali arasında 333 ocaqda 561 qida zəhərlənməsi qeydə alınıb

Bu ilin payız-qış mövsümü ilə əlaqədar əhali arasında aparılan müayinələr nəticəsində 17 qrip hadisəsi aşkarlanıb".
 
Maide.Az bildirir ki, "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorun təşkili məsələlər üzrə müavini Ağaxanım Əliyeva qurumun hesabat tədbirində deyib.
 
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma təşkil edir: "Bu ilin müvafiq dövrü ərzində yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicə-Profilaktika idarələrinə müraciətlərin sayı 10 % azalıb".
 
A.Əliyeva qeyd edib ki, bu il ərzində yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət gücləndirilib: " Bu ilin 11 ayı ərzində ölkədə törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları 4,3 % (5214 hadisəyə qarşı 5436 hadisə) artıb ki, bu da laboratoriya müayinələri ilə diaqnostikanın yaxşılaşdığını göstərir".
 
Direktor müavini əlavə edib ki, bu il əhali arasında poliomielit, difteriya, göy öskürək, qızılca, məxmərək müşahidə edilməyib: "Respublika üzrə bu ilin ötən dövründə 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə ilkin vərəm hadisələrinin sayı (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb.
 
Bu il vərəmə laborator aşkarlanma səviyyəsi yaxşılaşacaq 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə 48,5% -dən 55,5 %-dək artıb. Aparılan araşdırmalar göstərir ki, bu ilin 11 ayı ərzində əhali arasında kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,1 % azalıb. Kəskin bağırsaq infeksiyası ilə bağlı ötən il 14 921 hadisə, bu il 14 751 hadisə aşkarlanıb".
 
A.Əliyeva vurğulayıb ki, bu il ərzində əhali arasında 333 ocaqda 561 qida zəhərlənməsi qeydə alınıb: "Qida zəhərlənmələrinin səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 28,7 % (787 hadisəyə qarşı 561) azalıb. Respublika üzrə bu ilin 11 ayı ərzində 6 qarayara hadisəsi qeydə alınıb".

Google+ WhatsApp ok.ru