Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb

Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb

-- əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat...

Azərbaycanda 2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 35 268,1 mln. manat təşkil edib.
 
Maide.Az bildirir ki,  “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,5% çoxdur.
 
Sözügedən məbləğin 45,9%-i və yaxud 16 197,7 mln. manatı ərzaq məhsullarına, 4,8%-i və yaxud 1 385,7 mln. manatı içkilərə və tütün məmulatlarına, 17,8%-i və yaxud 6 272,5 mln. manatı toxuculuq məhsullarına, geyim və avadanlıqlara, 6%-i və yaxud 2 118,1 mln. manatı elektrik mallarına və mebellərə, 0,7%-i və yaxud 255,5 mln. manatı kompüterlərə, kommunikasiya avadanlıqlarına və çap məhsullarına, 1,3%-i və yaxud 461,7 mln. manatı əczaçılığa və tibbi mallara, 5,5%-i və yaxud 1 938,1 mln. manatı avtomobil yanacağına, 18%-i və yaxud 6 338,8 mln. manatı isə digər qeyri-ərzaq məhsllarına yönəldilib.
 
Ötən il istehlak məhsullarının 10,9%-ii hüquqi şəxs statuslu müəssisələr, 55,7%-i fərdi sahibkarlar tərəfindən, 33,4%-i isə bazar və yarmarkalarda satılıb.
 
Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 261,0 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat və ya 16,1% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.
 

 

Google+ WhatsApp ok.ru