Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı digər regionlardan yük axınını təmin edəcək

Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı digər regionlardan yük axınını təmin edəcək

-- Azərbaycan bu layihəyə 2016-cı ildə qoşulub.

Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı Avrasiya nəqliyyat dəhlizindən (TRACECA) keçməklə Mərkəzi Asiya və Çindən yük axınını cəlb etməyə imkan verəcək.
 
Maide.Az bildirir ki, bunu Trend -ə “Litva dəmir yolları” SC-dən bildiriblər.
 
Məlumatda qeyd edilir: “Biz “Azərbaycan Dəmir Yolları”nın və onun operatoru “Karvan Logistics”in “Vikinq” layihəsinə qoşulmasını müsbət dəyərləndiririk. Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC İrana yüklərin tranziti təşəbbüsü ilə iştirak edib”.
 
Məlumatda o da vurğulanır ki, bugünədək “Vikinq” marşrutu ilə hərəkət edən konteynerlər Azərbaycandan keçməyib, amma yeni İran marşrutunun işə salınması ilə bağlı planlar Azərbaycan üçün yeni tranzit yollarının yaradılması yolunda yaxşı imkan ola bilər.
 
Bundan başqa, “Vikinq” layihəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulması nəzərdə tutulur.
 
Qeyd edək ki, “Vikinq” layihəsi Litva, Belarus və Ukrayna tərəfindən 2003-cü ildə işə salınıb. Azərbaycan bu layihəyə 2016-cı ildə qoşulub.
 

 

Google+ WhatsApp ok.ru