Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

-- Aprelin 11-də

Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
 
Maide.Az "president.az" saytına istinadən xəbər verir ki, "Azərbaycan Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin", -sərəncamda qeyd olunur.
 
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında olmalı idi. Ötən il parlamenti Seçki Məcəlləsinə dəyişikliklər edib. Layihədə Seçki Məcəlləsinə ümumilikdə 30 dəyişiklik edilib.
 

 

Google+ WhatsApp ok.ru