Azərbaycanda pensiyalar artacaq

Azərbaycanda pensiyalar artacaq

-- pensiyanın həcmi 110 manatdan 116,27 manata qədər artırılacaq

Azərbaycanda minimal pensiyanın həcmi 5,7 faiz artacaq.
 
Maide.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
 
Nazirin sözlərinə görə, ölkədə pensiyanın həcmi 110 manatdan 116,27 manata qədər artırılacaq.
 
01 yanvar 2018-ci il vəziyyətinə ölkədə 1 milyon 318 min 434 nəfər əmək pensiyası alır. Sərəncama əsasən əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaqdır. 
 
O bildirib ki, fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək

Google+ WhatsApp ok.ru