Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı

Azərbaycan üçün Həcc kvotası 600-dən 2000-ə qaldırıldı

-- Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.
 
Müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.
 
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb.
 
Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib. (apa)
 
Qeyd edək ki,  Səudiyyə Ərəbistanı Həcc Nazirliyinin uzun illərdir ki, qəbul etdiyi normativlərə əsasən müsəlman ölkələri üçün hər 1000 nəfər əhaliyə 1 zəvvar kvotası limiti ayrılır. Yəni Azərbaycanın əhalisinin 10 milyona yaxınlaşdığını nəzərə alsaq, Azərbaycan tələb edəcəyi təqdirdə 10 min nəfərlik kvota ala bilər. 
 
Xatırladaq ki,  2009-cu ilə qədər Azərbaycandan da 6500 nəfərdən artıq adam Həccə gedə bilirdi, yəni son limit yox idi. 

 

Google+ WhatsApp ok.ru