Azərbaycanda doğuş faciəsi 14 Mart 2018 02:00 Hadisə -- ana və körpəsi öldü Tovuzda ana və uşaq ölümü baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Azərbaycanda doğuş faciəsi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda daha bir mikroavtobus qəzası Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO – FOTO