Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının Bakı görüşünün bəyannaməsi imzalanıb

Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının Bakı görüşünün bəyannaməsi imzalanıb

-- ikinci görüş Gürcüstanda keçiriləcək

Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən ilk dördtərəfli görüşünün bəyannaməsi imzalanıb. 
 
Maide.Az "Report"-a istinadən xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiynin xarici işlər naziri Mövlud Çavuşoğlu, İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze imzalayıb. 
 
Bildirilib ki, bu formatda ikinci görüş Gürcüstanda keçiriləcək. Görüşün tarixi isə qarşıdakı müddətdə dəqiqləşdiriləcək. 
 
Biz bu gün Cənub-Qərb üzrə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif etmişik". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli görüşünündən sonra keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, bu əməkdaşlıq bütün sahələri əhatə edəcək.
 
Gürcüstan regionda beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlıq etməyin tərəfdarıdır. "Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və bizim də ərazi bütövlüyümüzü dəstəklədiklərinə görə bütün dostlarımıza minnətdarıq".
 
Bunu Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Gürcüstan regionda beynəlxalq hüquq normaları çərçivəsində əməkdaşlıq etməyin tərəfdarıdır.
 
 

 

Google+ WhatsApp ok.ru